• Bakı 22° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Yeniyetmə küçə itlərinin hücumuna məruz qaldı

CƏMİYYƏT

12 Iyun 2026 | 21:48

Yeniyetmə küçə itlərinin hücumuna məruz qaldı

Abşeron rayonunun Saray qəsəbəsində 14 yaşlı yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a uşağın atası Amid Turabov məlumat verib.

O bildirib ki, oğlu Mübariz Turabov həyətdə velosiped sürərkən küçə itlərinin hücumuna məruz qalıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə ağır vəziyyətdə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıb.

Hazırda onun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR