• Bakı 23° C

    10.01 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Natiq Məmmədli: Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır

SİYASƏT

12 Iyun 2026 | 14:27

Natiq Məmmədli: Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır

Azərbaycana qarşı yönələn müəyyən informasiya mühitini çirkləndirmə hallarının əksəriyyəti insan hüquqları üzərindən edilmiş spekulyasiyalardan ibarətdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli "İnsan Hüquqları Aylığı" çərçivəsində Hüquq və İnsan Haqları İnstitutu MEDİA ilə birgə media nümayəndələri üçün "Media və insan hüquqları" mövzusunda maarifləndirici məlumat sessiyasında deyib.

Onun sözlərinə görə, insan hüquqları çərçivəsində media nümayəndələri ilə aparılan məlumatlandırma sessiyaları çərçivəsində müsbət dinamika izlənilir:

"İnsan Hüquqları priotetdir. Düzdür, bəzi çatışmazlıqlar var, xüsusilə uşaq hüquqları və yeniyetmələrlə bağlı bağlı məlumatlarda buna rast gəlinir".

Natiq Məmmədli əlavə edib ki, Azərbaycana qarşı yönələn müəyyən təhdidlər, informasiya mühitini çirkləndirmə halları var:

"Əksəriyyəti insan hüquqları üzərindən edilmiş spekulyasiyalardan ibarətdir.Bizim media insan hüquqlarının prinsipini, onun doğru işıqlandırılması işini düzgün qura bilsə, Azərbaycanın beynəlxalq imicinin formalaşmasına da böyük töhfə vermiş olar".

MEDİA rəsmisi Azərbaycanda uşaqların sosial şəbəkələrdəki zərərli informasiyalardan qorunması yönündə müzakirəyə çıxardığı qanun layihəsinə toxunub:

"Azərbaycan dövləti öz yeni nəslini sağlam, dövlətçilik əxlaqına, ailə, milli-mənəvi dəyərlərə uyğun olaraq tərbiyə olunmasını istəyir. Bu bizim gələcəyimizdən asılı olan bir məsələdir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026