• Bakı 23° C

    11.32 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Həmin şagird hoteldə ölübmüş

HADİSƏ

12 Iyun 2026 | 10:42

Həmin şagird hoteldə ölübmüş

Xəbər verdiyimiz kimi, Bakıda vəfat edən 18 yaşlı oğlan Beyləqan rayonunda dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, orta məktəbin 11-ci sinif şagirdi olan 2008-ci il təvəllüdlü Elvin Zabit oğlu Aslanlının Bakıdakı hotellərin birində öldüyü məlum olub.

Belə ki, iyunun 10-u saat 18 radələrində “Novxanı Spring” hotelində olarkən onun halı qəfil pisləşib və dünyasını dəyişib.

Məktəblinin hoteldəki ölümü ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Aslanlı iyunun 13-ü orta məktəbdən məzun olacaqdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026