• Bakı 18° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Gəncədə 63 yaşlı kişi qətlə yetirilib 

HADİSƏ

12 Iyun 2026 | 11:55 | Müəllif: Əli Hüseynov

Gəncədə 63 yaşlı kişi qətlə yetirilib

Gəncədə baş verən qətl hadisəsi zamanı bir nəfər bıçaq xəsarəti alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, düşən dava zamanı qətlə yetirilən şəxsin oğlu 2005-ci il təvəllüdlü Elşən Əliyev bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

    TƏBİB-dən verilən məlumata görə, 2005-ci il təvəllüdlü şəxs (kişi) iyunun 12-də saat 00:40 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Sağ döş qəfəsinin kəsilmiş, deşilmiş yarası, sağ boyonun və sağ biləyin deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent ambulator müalicə üçün evə buraxılıb".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Oktyabr 2026