• Bakı 26° C

    10.98 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Dövlət büdcəsi ilə bağlı qanun qəbul edildi

SİYASƏT

12 Iyun 2026 | 13:24

Dövlət büdcəsi ilə bağlı qanun qəbul edildi

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, sənədə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnozu 2,2% üstələyərək 39 milyard 184,6 milyon manata yüksəlib.

Dövlət büdcəsinin xərcləri 38 milyard 604,6 milyon manat təşkil edib ki, bu da təsdiqlənmiş göstəricidən 6,8% azdır.

Beləliklə, 2025-ci ildə dövlət büdcəsi 580 milyon manatlıq profisitlə icra olunub.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026