• Bakı 22° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

63 yaşlı kişi qətlə yetirilib, şübhəli qardaşı oğludur

HADİSƏ

12 Iyun 2026 | 00:43

63 yaşlı kişi qətlə yetirilib, şübhəli qardaşı oğludur

Gəncədə 63 yaşlı kişi qətlə yetirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Əliağa Şıxlinski küçəsində baş verib.

1963-cü il təvəllüdlü Fazil Əliyev kəsici-deşici alətlə qətlə yetirilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F. Əliyevi qətlə yetirməkdə şübhəli bilinən 29 yaşlı Ramazan Əliyev saxlanılaraq istintaqa təhvil verilib. Onun F. Əliyevin qardaşı oğlu olduğu bildirilir.

İlkin məlumata görə, qohumlar arasında mülk üstündə narazılıq olub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026