• Bakı 24° C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

5 ayda 57 min şəxsə...

SİYASƏT

12 Iyun 2026 | 11:39

5 ayda 57 min şəxsə...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cari ilin yanvar-may ayları ərzində əlilliyi olan 57 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

    Bildirilib ki, onlardan 29,7 mininə ambulator, 14 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib:

    "Reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.

    Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Iyun 2026