• Bakı 26° C

    10.49 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək

SİYASƏT

11 Iyul 2026 | 23:11

Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək

Livan iyulun 15-16-da Romada İsraillə keçirilməsi planlaşdırılan danışıqlarda iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP-yə Livanın yüksəkrütbəli rəsmisi məlumat verib.

"Bu qərar İsrailin gələn həftənin əvvəlində Livan ordusunun nəzarəti altında "pilot zonalar"ın yaradılacağı cənub bölgələrindən öz qüvvələrini çıxarmağa başlamaq niyyətini elan etməsindən sonra qəbul olunub", - o deyib.

Qeyd olunub ki, ABŞ-nin hərbi nümayəndə heyəti Beyrutda Livan ordusunun komandanlığı ilə İsrail qoşunlarının ölkənin cənubundakı ərazilərdən birindən çıxarılmasına dair razılaşmanın icrası məsələsini müzakirə edib.

Mənbənin sözlərinə görə, ABŞ tərəfinin əsas məqsədi əldə olunmuş razılaşmaların praktik icrasını təmin etməkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyul 2026