• Bakı 23° C

    11.32 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Abel Məhərrəmov: “Biz “vuruldu” kimi xırda məsələlərə fikir vermirik” - MÜSAHİBƏ

MÜSAHİBƏ

12 Iyun 2026 | 10:53

Abel Məhərrəmov: “Biz “vuruldu” kimi xırda məsələlərə fikir vermirik” - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) sədrinə müavinlər təyin olunub. Bu barədə şura sədri, Milli Məclisin deputatı Eldar Quliyev müvafiq əmrlər imzalayıb.

Bakıvaxtı.az-ın məluamatına görə, təyin olunan müavinlərdən biri Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmovdur. Saytımızın əməkdaşı Azərbaycan Ağsaqqal Şurasının bundan sonrakı fəaliyyəti, eyni zamanda ölkədə, cəmiyyətdə Şuraya olan münasibətlə bağlı Abel Məhərrəmovla söhbərləşib.

Müsahibəni təqdim edirik.

- Abel müəllim, bu təyinatı necə qiymətləndirirsiniz?

- Bir ay öncə, Azərbaycan Ağsaqqal Şurasının 9-cu qurultayı keçirildi. Son qurultayda 5 illik fəaliyyətin hesabatı dinlənildi. Qaydalara görə hesbatdan sonra yeni sədr və müavinlər müəyyən edilir. Mən ikinci dəfə seçildim.

Prezidet İlham Əliyev qurultaya təbrik məktubu yazmışdı. Ölkəmizin başçısı sənəddə üzərimizə düşən vəzifələr haqqında çox böyük strateji plan irəli sürmüşdü. Biz biss etdik ki, ağsaqqallara olan münasibət həddindən artıq ciddidir və onların qarşısında çox önəmli məsələlər qoyulur.

- Azərbaycan Ağsaqqal Şurasının təkibi necə formalaşıb?

- Şuranın 31 nəfərdən ibarət İdarə Heyəti var. Bir neçə müavin fəaliyyət göstərir. Hər bir bölgə - şimal, cənub, qərb, şərq- üzrə nümayəndə təhkim olunub. Mən cənub bölgəsində təxminən 10 rayona təhkim olunmuşam. O rayonlarda görüşlərə, xüsusi tədbirlərə dəvət olunuram,  iştirak edirəm.

- Şuranın funksiyası nədən ibarətdir?

- Biz ictimai qurumuq. Azərbaycanda milli mentalitetin formalaşdırılmasında, milli-mənəvi dəyərlərin qorunmasında ağsaqalların daim müstəsna rolu, xidməti olubdur. İndi Azərbaycan böyük inteqrasiya prosesinin içərisindədir. Gənclər  inteqrasiya prosesinə qoşulublar. İnformasiya Kommunikasiya Texnologiyaları, süni intellekt və sosial platformalar inteqrasiyanı dərinləşdirir. Hər bir gənc istəyir ki, özünü Amerika, Fransa və Avroatlantika məkanında hiss etsin. Amma bilməldirlər ki, onlar Azərbaycanda yaşayırlar. Azərbaycan dövlətçiliyini qorumalıdırlar. Azərbaycan prezidenti və hökumətinə sadiq olmalıdırlar. Milli-mənəvi dəyələr sistemini qorumalıdırlar.

- Qeyd etdiyiniz milli-mənəvi dəyərlər sistemi özündə nə kimi nəsnələri ehtiva edir?

- Bura çox funksiyalar daxildir. İlk növbədə burada ailə tərbiyəsi, erkən nikaha qarşı fəaliyyət, ailə institunun möhkəmləndirilməsi, boşananların sayının azaldılması yönündə fəaliyyət və s. kimi məsələlər yer alır. Bu işdə ağsaqqallara çox böyük ehtiyac duyulur. Bu dəqiqə Azərbaycan Ağsaqqal Şurası institusional qurum kimi çox praqmatik və proqressiv fəaliyyət göstərir. Rayon və kəndlərdə Azərbaycan Ağsaqqal Şurasının ciddi nüfuzu var. Kiminsə bir mübahisəli məsələsi olanda ağsaqqallardan tövsiyə almağa gedirlər.

Hazırda Azərbaycan Ağsaqqal Şurasının İdarə Heyətinə çox nüfuzlu insanlar cəlb olunub. Burada akademiklər, ictimai-siyasi xadimlər, dövlətçilik və idarəçilikdə böyük təcrübəsi olan adamlar ora cəlb olunublar.

Azərbaycan Ağsaqqal Şurasının rayondakı nüfuzu ilbəil güclənir. Bunun da cəmiyyətlərə xeyli müsbət təsirləri var. Bəzən iddia edirlər ki, bu institutun təsiri varsa, niyə nakrotikə aludə olanların, boşananların, erkən nikaha daxil olaunların sayı artır?! Sizi inandırım ki, ağsaqallıq institutu olmasa, o təsirlər, saylar daha da arta bilər. Bu mənada müavin seçilərkən, hiss etdim ki, bu, böyük məsuliyyətdir, insanları bu işə cəlb etmək lazımdır. Əsas məqsədimiz xalqın milli-mənəvi dəyərlərini, milli təssübkeşliyi, tarixi ənənələrimizi qorumaqdır. Bu mənada Azərbaycan Ağsaqqal Şurasının olduqca böyük əhəmiyyəti var. Əlimizdən gələni edəcəyik ki, ağsaqalların fəaliyyəti bundan sonra da dinamik inkişaf etsin.

- Bəzən mediada, eləcə də ictimaiyətdə kimsə vəzifədən azad ediləndə “filankəs vuruldu” başlığı altında xəbərlər paylaşılır. Siz BDU-nun rektoru vəzifəsindən azad olunarkən də belə başlıqlar müşahidə olunurdu...

- Sizinlə tamamilə razıyam. Hamımız - indiki ağsaqalların hamısı Heydər Əliyev məktəbinin yetirmələridir. Biz Ulu öndərin dövrünün yetkililəriyik. Bu gün isə prezident İlham Əliyevin dövrünün ağsaqallarıyıq. Biz “vuruldu” kimi xırda məsələlərə fikir vermirik. Bizim milli təssübkeşliyimiz, dövlətçiliyə sadiqliyimiz həmişə yerindədir. Biz tapşırılan vəzifələri daim layiqincə yerinə yetirmişik. Vəzifə insanı dəyişməməlidir. Vəzif insanın vətəndaşlıq mövqeyini, milli və dövlətçilik təssübkeşliyini gücləndirməlidir. Bu da Allaha şükür bütün ağsaqallarımızda var. Ona görə də biz hamımız birgə şəkildə əlimizdən gələni edəcəyik ki, dövlətçiliyimiz daha da möhkəmlənsin. Azərbaycan Ağsaqqal Şurası ökə başçısı İlham Əliyevin möhkəm dayağı hesab olunur və fəaliyyətimizi bu istiqamətdə davam etdirəcəyik.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026