• Bakı 25° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Leytenant həbs edildi

HADİSƏ

12 Iyun 2026 | 10:34

Leytenant həbs edildi

Azərbaycan Ordusunun zabiti, leytenant Nicat Əzizov barəsində cinayət işi üzrə prosessual qərar qəbul edilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb olunub.

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə iclasında istintaq orqanının təqdimatına baxılıb və təqsirləndirilən şəxs barəsində 2 il müddətinə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Elcan Musalı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026