• Bakı 23° C

    11.32 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Qafarova: Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni böhrandan çıxardı

SİYASƏT

12 Iyun 2026 | 11:18

Qafarova: Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni böhrandan çıxardı

“Müasir Azərbaycan dövləti Heydər Əliyevin siyasi irsinin nəticəsidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın tarixində mühüm yer tutur. Qafarovanın sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin və müstəqilliyin qorunmasını təmin edib, Azərbaycanın inkişafına zəmin yaradıb.

Spiker qeyd edib ki, torpaqların işğaldan azad olunması və ölkənin güclənməsi də bu siyasi kursun davamının nəticəsidir. O, Milli Qurtuluş Günü ərəfəsində Heydər Əliyevin xatirəsinin ehtiramla yad edildiyini vurğulayıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026