• Bakı 23° C

    11.32 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Milli Məclis Prezident və birinci xanıma məktub ünvanladı

SİYASƏT

12 Iyun 2026 | 11:15

Milli Məclis Prezident və birinci xanıma məktub ünvanladı

Milli Məclis 15 iyun - Milli Qurtuluş günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı təklifi Milli Məclisin spikeri Sahibə Qafarova parlamanetin növbədənkənar iclasında səsləndirib.

Spiker bildirib ki, dövlətimiz məhv olmaq və parçalanmaq təhlükəsi ilə üz-üzə qalarkən Ulu Öndər Azərbaycanı xilas etdi: "Heydər Əliyevin dövlət rəhbərliyinə qayıtması xalqın çağırışı idi. Bununla da, Azərbaycan davamlı inkişaf yoluna çıxıdı, ölkəmiz beynəlxalq mərkəzə çevrildi".

Spiker qeyd edib ki, Heydər Əliyevin dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir:

"Torpaqlarımızın 30 illik işğalına son qoyulmazı, suverenliyimizin bərpası, hər il artan siyasi nüfuzumuz bunun bariz göstəricisidir".

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026