Almaniyanın Hamburq hava limanında bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər veri ki, buna səbəb şübhəli əşya barədə məlumatın daxil olmasıdır.
Hava limanında "polis əməliyyatı tələb edən vəziyyət" yaranıb və buna görə də təhlükəsizlik məntəqəsindən kənarda bütün təhlükəsizlik zonası boşaldılıb.
Hakimiyyət orqanları hələlik bu məlumatı rəsmi olaraq təsdiqləməyib.
Təhlükəsizlik məntəqələrindən keçən sərnişinlər terminala müşayiət olunub və təyyarədəki bəzi sərnişinlər təyyarədən düşüb.
Aeroport operatoru təhlükəsizlik tədbirləri səbəbindən bütün uçuşların müvəqqəti olaraq ləğv edildiyini, enişlərin davam etdiyini açıqlayıb. Sərnişinlərə uçuş statuslarını aviaşirkətləri ilə yoxlamaları tövsiyə edilib.
Hadisənin səbəbi ilə bağlı araşdırma davam edir və təhlükəsizlik zonasının nə vaxt yenidən açılacağı hələlik məlum deyil.
Murad Məmmədli
Bakı 



