• Bakı 25° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək

CƏMİYYƏT

12 Iyun 2026 | 09:57

“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyini 1 il müddətinə ödənişsiz internet və telefoniya xidmətləri ilə təmin edib.

Bakıvaxtı.az xəbər verir ki, təqdim olunan dəstək Birliyin gündəlik fəaliyyətinin daha səmərəli təşkilinə töhfə verməklə yanaşı, vətəndaş müraciətlərinin operativ cavablandırılması və göstərilən sosial xidmətlərin daha əlçatan edilməsi üçün əlavə imkanlar yaradacaq. Bu, həmçinin Birliyin həyata keçirdiyi maarifləndirici və sosial layihələrin icrasına, ailələr və uşaqlarla davamlı əlaqələrin qurulmasına töhfə verəcək.

“Aztelekom” sosial əhəmiyyət daşıyan təşəbbüslərə texnoloji dəstək göstərməklə rəqəmsal imkanların cəmiyyət üçün real faydaya çevrilməsinə töhfə verməyi hədəfləyir. Şirkət bu istiqamətdə sosial xidmətlər göstərən qurumların fəaliyyətinin gücləndirilməsini vacib hesab edir. 

Məlumat üçün bildirək ki, “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İB cəmiyyətin həssas təbəqəsi olan aztəminatlı və kimsəsiz ailələrin uşaqlarına sosial xidmətlər, təhsil dəstəyi, maarifləndirici proqramlar və psixoloji yardım göstərir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026