• Bakı 29° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA 

CƏMİYYƏT

12 Iyul 2026 | 09:35

Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA 

Milli Hidrometeorologiya Xidmətinin iyulun 12-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, qısamüddətli az yağış yağıb.

Bakıvaxtı.az xəbər verir ki, düşən yağıntının miqdarı: Balakən, Qrız, Qusar (Laza), Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dir.

Şahdağ, Şahbuz, Qusar, Daşkəsəndə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Hazırda Bakıda və Abşeron yarımadasında şimal qərb küləyinin maksimal sürəti 17 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 27 dərəcəyədək isti müşahidə olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyul 2026