Futbol üzrə dünya çempionatında həyəcan bütün sürəti ilə davam edir.
Bakıvaxtı.az-ın məlumatına əsasən, qrup mərhələsinin birinci turu çərçivəsində daha iki maraqlı qarşılaşmaya start veriləcək.
İlk duel B qrupunda yer alan Kanada və Bosniya və Herseqovina yığmaları arasında baş tutacaq. "Toronto" stadionunda oynanılacaq bu matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Gecənin digər qarşılaşması isə iyunun 13-ü Bakı vaxtı ilə saat 05:00-da "Los-Anceles" stadionunda təşkil olunacaq. D qrupunun bu görüşündə ABŞ və Paraqvay milliləri münasibətlərinə aydınlıq gətirəcəklər.
Dünya çempionatı
B qrupu
I tur
12 iyun
23:00. Kanada - Bosniya və Herseqovina
"Toronto" stadionu
13 iyun
D qrupu
05:00. ABŞ - Paraqvay
"Los-Anceles" stadionu
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Bakı 



