• Bakı 23° C

    11.32 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA

CƏMİYYƏT

12 Iyun 2026 | 11:20

Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 12-si saat 11:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Kişçayda (Şəki) 27, Şahdağda 20, Daşkəsəndə 14, Sarıbaşda (Qax) 13, Göygöl, Gədəbəydə 10, Oğuzda 8, Xaltanda 7, Gəncədə 6, Zərdab, Qəbələ, Tovuz, Ağstafada 5, Şamaxı, Naftalanda 4, Bərdədə 3, Goranboy, Yevlax, Göyçay, Kürdəmir, Ağdam, Zaqatalada 2, Şəmkir, Balakən, Qobustan, Quba, Qusar, Xaçmaz, Xınalıq, Xızı, İsmayıllı, Tərtər, Mingəçevir, Sabirabadda 1 mm-dək qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026