• Bakı 25° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Marketi soymaq istəyən goranboylu tutuldu

HADİSƏ

12 Iyun 2026 | 08:42

Marketi soymaq istəyən goranboylu tutuldu

Goranboy rayonunda marketlərdən birində quldurluq hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, naməlum maskalı şəxs marketə daxil olaraq satıcını kəsici alətlə hədələyib və kassada olan 410 manatı ələ keçirərək hadisə yerindən qaçıb.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Uğur Tağıyev müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, şübhəlinin marketə daxil olması, kassadakı pulu götürməsi və hadisə yerindən uzaqlaşması təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026