• Bakı 24° C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Deputat: İqtisadi artımda dövlət investisiyalarının rolu var

SİYASƏT

12 Iyun 2026 | 12:54

Deputat: İqtisadi artımda dövlət investisiyalarının rolu var

Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli iqtisadi artımla bağlı fikirlər səsləndirib.

Bakıvaxtı.az-ın məlumatına görə, deputat bildirib ki, ilin yanvar–may aylarında iqtisadi artım tempində ciddi zəifləmə müşahidə olunub, ümumilikdə artım demək olar ki, qeydə alınmayıb. Onun sözlərinə görə, qeyri-neft sektorunda artım cəmi 0,4 faiz təşkil edib ki, bu da faktiki olaraq iqtisadi fəallığın zəifliyindən xəbər verir və bəzi sahələrdə investisiya qərarlarının təxirə salınması ilə izah olunur.

Əli Məsimli qeyd edib ki, mövcud vəziyyət belə bir təsəvvür yaradır ki, iqtisadi artım əsasən dövlət investisiyaları və dövlət tələbi hesabına formalaşır.

Deputat əlavə edib ki, bu yanaşmada müəyyən həqiqət payı olsa da, məsələ tam olaraq bu amillə izah edilə bilməz:

“Dövlət investisiyaları iqtisadi artıma təsir göstərir, lakin bu, yeganə və həlledici faktor deyil".

Əli Hüseynov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026