Çeçenistan rəhbərinin müşaviri və Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının katibi vəzifələrində çalışan on səkkiz yaşlı Adam Kadırova ikinci dəfə "Çeçenistan Respublikasının Qəhrəmanı" adı verilib.
Bakıvaxtı.az xəbər verir ki, Adam Kadırova ilk dəfə "Çeçenistan Qəhrəmanı" adına 15 yaşında layiq görülüb. Bu, 2023-cü ildə baş verib.
Mərasimdə atası, Çeçenistan rəhbəri Ramzan Kadırov mükafatı Adama təqdim edib. Adamın əmisi, Baş nazir Maqomed Daudov bildirib ki, bu yüksək ad ona dövlətə göstərdiyi görkəmli xidmətə, xalqa fədakar xidmətə, xüsusi hərbi əməliyyatı hərtərəfli dəstəkləməyə yönəlmiş fəal və səmərəli işinə görə və Rusiya Günü ilə əlaqədar olaraq verilib.
Bir aydan az müddət əvvəl Adam Kadırova daha bir medal - "İkinci Hərbi Əməliyyatın Keçirilməsində Töhfəyə görə" medalı təqdim edilib.
Bakı 



