• Bakı 10° C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU

CƏMİYYƏT

14 Aprel 2026 | 17:59

Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU

Xəbər verdiyimiz kimi, 2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadə ölkəmizə ekstradisiya edilib.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, xüsusilə ağır cinayətdə ittiham olunan Əli-Zadə Bakıda istintaq təcridxanasına yerləşdirilib. Hələlik onun ittihama münasibəti məlum deyil.

Mərhum Şilderin anası Mətanət Şilder saytımıza açıqlamasında həmişə ilahi ədalətə inandığını, haqq-ədalətin gec-tez yerini tapacağına inandığını deyib: “Əslində heç nə oğlumu geri qaytarmayacaq, amma yenə də oğlumun ölümündə əli olanların cəzalanmalarını görmək mənim arzum idi. Həmişə ölmədən bunu görmək istəmişəm”.

Qeyd edək ki, sözügedən qətl 2013-cü ildə ölkədə rezonans doğurmuşdu. Qətlə yetirilən Vüsal Şilder Adolf bir zamanlar Bakıda “Mercedes-Benz”in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri olmuş Adolf Şilderin oğlu idi. O, əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan həmin şəxs Vüsalın anası ilə ailə qurub, onu övladlığa götürüb və Almaniya vətəndaşlığı almasına şərait yaradıb.

Vüsalın qətlinin icraçıları Elman İsgəndərov və Seymur Talıbov 2014-cü ildə məhkum edilsələr də, sifarişçi X. Əli-Zadə ölkədən qaçmışdı. O, yalnız 13 il sonra – bir neçə gün əvvəl tutularaq Azərbaycana gətirilib.

Xəyal Əli-Zadənin fotosunu təqdim edirik:


SON XƏBƏRLƏR