• Bakı 10° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

İtaliya İsraillə müdafiə sazişinin uzadılmasını dayandırıb

DÜNYA

14 Aprel 2026 | 15:06

İtaliya İsraillə müdafiə sazişinin uzadılmasını dayandırıb

İtaliyanın Baş naziri Corciya Meloni İsraillə müdafiə sazişinin avtomatik uzadılmasının dayandırıldığını bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, bu, Yaxın Şərqdəki eskalasiya ilə əlaqədardır.

"Mövcud vəziyyət fonunda hökumət İsraillə müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin avtomatik uzadılmasını dayandırmaq qərarına gəlib", - Meloni deyib.

Qeyd olunur ki, hərbi məhsulların mübadiləsi və silahlı qüvvələr üçün texnoloji tədqiqatların aparılması da daxil olmaqla, müdafiə sahəsində əməkdaşlıq çərçivəsini müəyyən edən memorandum əvvəllər hər beş ildən bir uzadılmanı nəzərdə tuturdu və 13 aprel 2016-cı ildə qüvvəyə minmişdi.


SON XƏBƏRLƏR