• Bakı 19° C

    9.64 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Qəbirləri qazıb qızıl dişləri oğurlamışdı, cəzası bəlli oldu

CƏMİYYƏT

14 Aprel 2026 | 17:49

Qəbirləri qazıb qızıl dişləri oğurlamışdı, cəzası bəlli oldu

Yasamal qəbiristanlığında qəbirləri qazaraq ölən şəxslərin kəllə sümüyünün ağız nahiyəsindən qızıl dişləri oğurlayan şəxsin məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, hakim qarşısına təqsirləndirilən şəxs qismində həmin qəbiristanlıqda qəbirqazan kimi çalışan Elvin adlı şəxs çıxarılıb.

Məlum olub ki, o, 1963-cü ildə ölən Anatoli Dudrova məxsus məzarı qazaraq 1220 manat dəyərində 9 ədəd qızıl dişi mənimsəyib.

Bundan başqa o, eyni əməli 1975-ci ildə ölmüş Aleksandra Osipovayanın məzarını qazaraq törədib. Elvin taladığı qızılları daha sonra Moskva univermağında satıb, davamında isə polis tərəfindən həbs edilib.

Qeyd edək ki, məhkəmənin qərarına əsasən, Cinayət Məcəlləsinin 177.2.2 və 245-ci maddələri üzrə təqsirləndirilən şəxs törətdiyi əmələ görə iki il elektron qolbaqla hərəkət etməli olacaq.


SON XƏBƏRLƏR

18 May 2026