• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yoldaşı və qaynatası ilə bağlı SƏRT QƏRAR

ŞOU

29 Sentyabr 2026 | 22:05 | Müəllif: Əli Hüseynov

Yoldaşı və qaynatası ilə bağlı SƏRT QƏRAR

Türkiyəli müğənni Mustafa Sandalın ailəsinin adının hallandığı maliyyə fondları ilə bağlı istintaq üzrə yeni qərar qəbul edilib.

Bakıvaxtı.az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən sərmayə bazarlarında həyata keçirilən əməliyyatlarla bağlı aparılan istintaq davam edir.

İstintaq çərçivəsində daha əvvəl çoxsaylı şəxs, şirkət və fondla bağlı maliyyə məhdudlaşdırıcı tədbirlər tətbiq olunmuşdu. Həmin siyahıda müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandalın da adı yer alırdı.

Məlumata görə, ifaçının həyat yoldaşı Melis Sütşurup Sandal və qayınatası Cihan Sütşurupun əmlakları müsadirə olunub və barələrində saxlanılma qərarı çıxarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026