Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) yaşanan qalmaqallı olayla gündəmə gələn Kənan Zindadilin bacısı Leyla Zindadil sosial şəbəkələrdə ünvanlarına səsləndirilən tənqidlərə və yayılan görüntülərə reaksiyasını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, açılan canlı yayımda baş verənlər və izləyicilərlə yaşanan gərginlikdən söz açan L.Zindadil özünün sosial şəbəkə hesabında bu sözləri qeyd edib:
“Real həyatda hər şeyə cavab verməyi çox sevirəm, canlı yayında heç kimə heç nə demirəm. Boş vermişəm hər şeyi, hər atılan sözə cavab versəm, sadə insan olaram. Canlı yayımda dediyimiz söz də elə insanların dilinə düşüb. Deyəsən, sizə "prim" lazım idi...”
L.Zindadil tənqidlərə cavab verərkən narazı olan izləyicilərə kəskin şəkildə müraciət edərək deyib:
"Kimdə əsəb yaradıramsa, ölkədən köçsün ya da vursun başını divara".
Xatırladaq ki, bir müddət əvvəl Kənan Zindadil və bacısı Leyla Zindadilin sosial şəbəkədə açdıqları canlı yayım zamanı tələbələrə qarşı işlədilən ifadələr və təhdid xarakterli çıxışlar böyük narazılığa səbəb olmuşdu.
Qalmaqallı videonun geniş yayılmasından sonra ADMİU rəhbərliyi məsələyə müdaxilə edərək Teatr sənəti fakültəsinin tələbəsi olan K.Zindadilin ali təhsil müəssisəsindən 1 illik müddətə uzaqlaşdırılması barədə qərar qəbul edib.
Olay ölkə mediasında və sosial şəbəkələrdə geniş rezonans doğurmaqda davam edir.
Murad İsmayıl
















