• Bakı 10° C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

İşdən azad olunduğu iddia olunan mərkəz direktorundan AÇIQLAMA

CƏMİYYƏT

14 Aprel 2026 | 18:53

İşdən azad olunduğu iddia olunan mərkəz direktorundan AÇIQLAMA

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nəzdində fəaliyyət göstərən “Kurort” Turizm İnformasiya Mərkəzinin direktoru Emilya Səfərəliyeva vəzifəsindən ayrılması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Keçmiş direktor Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, vəzifədən ayrılma qərarı şəxsi təşəbbüsü əsasında qəbul olunub.

Səfərəliyeva bildirib ki, Mərkəzin fəaliyyətə başladığı ilk gündən etibarən quruma rəhbərlik etmək onun üçün həm böyük məsuliyyət, həm də mühüm təcrübə olub. 

Onun sözlərinə görə, struktur ilkin mərhələdə çağrı mərkəzi kimi fəaliyyət göstərsə də, daha sonra vətəndaş müraciətlərinin elektron qaydada qəbul edildiyi və rəsmi məlumatların təqdim olunduğu vahid platformaya çevrilib.

O, qarşıya qoyulan əsas hədəflərə nail olunduğunu və bu mərhələdə missiyasının tamamlandığını qeyd edib.

Açıqlamada həmçinin bildirib ki, Səfərəliyevaya alternativ vəzifə təklif olunsa da, o, karyera istiqamətini dəyişmək qərarına sadiq qalaraq bu təklifi qəbul etməyib.

Hazırda təhsilini davam etdirdiyini deyən keçmiş direktor gələcək fəaliyyət planları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini vurğulayıb.

Murad İsmayıl


SON XƏBƏRLƏR