• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Taksi sürücüsünə xəsarət yetirildi - Avtomobili oğurlandı

HADİSƏ

14 Aprel 2026 | 15:12

Taksi sürücüsünə xəsarət yetirildi - Avtomobili oğurlandı

İsmayıllıda taksi sürücüsünə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, naməlum şəxslər müştəri qismində mindikləri taksi sürücüsünə xəsarət yetirərək onun nəqliyyat vasitəsini ələ keçirib və hadisə yerindən uzaqlaşıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan"Report"un yerli bürosuna bildirilib ki, tədbirlərlə həmin avtomobil digər ərazidə tərk edilmiş vəziyyətdə aşkarlanıb.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı Pünhan Qurbanov və 44 yaşlı Tərlan Yusubov paytaxt ərazisində gizləndikləri yer müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026