• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ərdoğan Madyarı təbrik etdi

DÜNYA

14 Aprel 2026 | 18:21 | Müəllif: Subhan Mahmudov

Ərdoğan Madyarı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Tisa" partiyasının lideri və Macarıstanda parlament seçkilərinin qalibi Peter Madyar ilə telefon danışığı aparıb, ikitərəfli münasibətləri və aktual beynəlxalq məsələləri müzakirə edib.

Bakıvaxtı.az Ərdoğanın ofisinə istinadən xəbər verir ki, liderlər əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib, həmçinin regional və qlobal gündəlik üzrə fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Ərdoğan Madyarı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib və həm ikitərəfli səviyyədə, həm də beynəlxalq platformalarda əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əminliyini ifadə edib.

O, həmçinin Ankaranın Budapeştlə strateji tərəfdaşlığı inkişaf etdirmək istəyini qeyd edib və regional və qlobal sabitliyin təmin edilməsi üçün NATO çərçivəsində müttəfiqliyin mühüm rolunu diqqətə çatdırıb.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR