• Bakı 10° C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

Bakı və Sumqayıtda övladları I sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

CƏMİYYƏT

14 Aprel 2026 | 18:46

Bakı və Sumqayıtda övladları I sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində Bakı və Sumqayıt şəhərlərində yaşayan, övladları I sinfə gedəcək valideynlərin mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciətlərinin qəbulu müddəti 15 aprel saat 18:00 tarixində yekunlaşır.

Bakıvaxtı.az xəbər verir ki, vətəndaşlar bu müddət ərzində daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər 15 aprel saat 18:00 tarixinədək Bakı şəhəri üzrə 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşa bilərlər.

Qeyd edək ki, hazırkı tarixədək Bakı şəhəri üzrə ümumilikdə 230 , Sumqayıt şəhəri üzrə isə 32 valideyn mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciət edib.


SON XƏBƏRLƏR