• Bakı 18° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Cem Adrian sərbəst buraxıldı

ŞOU

14 Aprel 2026 | 20:50 | Müəllif: Subhan Mahmudov

Cem Adrian sərbəst buraxıldı

İstanbulda həyata keçirilən genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində saxlanılan müğənni Cem Adrian məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat İstanbul Baş Prokurorluğu tərəfindən bir neçə ağır maddə üzrə aparılan araşdırmanın bir hissəsi olaraq baş tutub.

Sözügedən cinayət işi “narkotik və ya stimullaşdırıcı maddələrin alınması, saxlanması və ya istifadəsi”, həmçinin “fahişəliyə təhrik etmə və ya buna şərait yaratma” və “narkotik istifadəsinə kömək etmə” ittihamlarını əhatə edir.

Xatırladaq ki, bundan bir neçə gün öncə İstanbulun Beşiktaş rayonunda məşhurları hədəf alan narkotik əməliyyatı çərçivəsində 2 əyləncə məkanında axtarışlar aparılmış, eləcə də aktyor İlker İnanoğlu və müğənni Cem Adrian haqqında da saxlanılma qərarı çıxarılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026