“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən “Bookline (book online) – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması” layihəsi çərçivəsində növbəti podkast yayımlanıb. Layihənin yeni buraxılışının budəfəki qonağı tanınmış yazıçı Qan Turalı olub.
Podkastın aparıcısı peşəkar jurnalist Leyla Səmədova ilə baş tutan söhbətdə müasir ədəbiyyatın aktual məsələləri, oxu mədəniyyətinin vəziyyəti, gənclərin kitaba marağı və yazıçının yaradıcılıq prosesi ətrafında geniş fikir mübadiləsi aparılıb. Söhbət zamanı həmçinin müasir dövrdə mütaliənin rolu, oxucu-yazıçı münasibətləri və ədəbiyyatın cəmiyyətə təsiri kimi mövzulara da toxunulub.
Qan Turalı öz yaradıcılıq təcrübəsini bölüşərək izləyicilər üçün dəyərli tövsiyələr verib. “Bookline” podkastı izləyicilərə mütaliəyə yeni baxış bucağı təqdim etməklə yanaşı, kitab və oxu vərdişləri ilə bağlı aktual suallara cavab tapmaq imkanı yaradır. Layihə çərçivəsində yayımlanan buraxılışlar həm ədəbiyyatsevərlər, həm də oxu mədəniyyətini inkişaf etdirmək istəyən hər kəs üçün faydalı məzmun təqdim edir.
Qeyd edək ki, “Bookline” layihəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi gənclər arasında mütaliə mədəniyyətini inkişaf etdirmək, davamlı oxu vərdişi formalaşdırmaq və kitab ətrafında müzakirə mühiti yaratmaqdır. Podkastın yeni buraxılışını “Bookline” layihəsinin rəsmi YouTube səhifəsindən izləmək mümkündür.
Bakı 




