• Bakı C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

İslamabadda İran rəsmilərinə sui-qəsd cəhdi olub?

DÜNYA

15 Aprel 2026 | 01:00

İslamabadda İran rəsmilərinə sui-qəsd cəhdi olub?

Pakistanın paytaxtı İslamabad şəhərində danışıqlar zamanı İran nümayəndə heyətinə sui-qəsd cəhdi olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Livan mərkəzli “Əl Mayadin” kanalının yaydığı məlumatda bildirilir.

İddiaya görə, hadisə danışıqların gedişində baş verib. Lakin təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində hadisənin qarşısının alındığı qeyd olunur.

Pakistan hökuməti, İran rəsmiləri və beynəlxalq agentliklər isə bu barədə heç bir açıqlama verməyib.

Qeyd edək ki, İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında nəticəsiz başa çatan görüş 11 apreldə olub.

Bundan öncə Pakistana gedən İran nümayəndə heyətinin təyyarəsinin İsrail tərəfindən təhdid edildiyi barədə məlumat yayılmışdı./Axar.az


SON XƏBƏRLƏR

14 Aprel 2026