• Bakı 10° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

Ağdərə və Xocalıya NÖVBƏTİ KÖÇ - YENİLƏNİB

CƏMİYYƏT

14 Aprel 2026 | 15:36

Ağdərə və Xocalıya NÖVBƏTİ KÖÇ - YENİLƏNİB

Köç karvanları Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalı rayonunun Daşbulaq kəndlərinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə köçürülən Ağdərə rayonunun Vəngli kəndinə 18 nəfərdən ibarət 4 ailə, Çıldıran kəndinə 5 nəfərdən ibarət 2 ailəyə, Aşağı Oratağ kəndinə 56 nəfərdən ibarət 9 ailəyə, Heyvalı kəndinə 13 nəfərdən ibarət 3 ailəyə, Çapar kəndinə 6 nəfərdən ibarət 2 ailəyə və Xocalı rayonunun Daşbulaq kəndinə isə 4 nəfərdən ibarət 1 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

13:16

Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalı rayonunun Daşbulaq kəndlərinə köç karvanları yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 4 ailə 18 nəfər, Çıldıran kəndinə 2 ailə, 5 nəfər, Aşağı Oratağ kəndinə 9 ailə, 56 nəfər, Heyvalı kəndinə 3 ailə, 13 nəfər, Çapar kəndinə 2 ailə, 6 nəfər, Xocalının Daşbulaq kəndinə isə 1 ailə, 4 nəfər köçürülüb.


SON XƏBƏRLƏR