ABŞ danışıqlar uğursuzluğa düçar olduqdan sonra, müharibəyə son qoymaq üçün İranın uran zənginləşdirmə proqramının 20 illik dayandırılmasını istəyib.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə ABŞ mediası məlumat verib. “Wall Street Journal” qəzetinin yazdığına görə, bu 20 illik fasilə sanksiyaların yumşaldılması ilə müşayiət oluna bilərd. “New York Times” qəzetinin yazdığına görə, ABŞ İranın nüvə fəaliyyətini beş il müddətinə dayandırmağı təklif edib. Mətbuatda bildirildiyi kimi, bu təkliflər, İranı nüvə ambisiyalarından birdəfəlik imtina etməyə çağıran Donald Trampın açıq şəkildə irəli sürdüyü tələblərin zəiflədilmiş versiyası kimi görünür.
Aydın Baxış
Bakı 




