• Bakı 10° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

Belçika səfiri başsağlığı verib

DÜNYA

14 Aprel 2026 | 14:55

Belçika səfiri başsağlığı verib

Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon mina hadisəsində həlak olan şəxs ilə bağlı başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, səfir bu barədə sosial media hesabında paylaşım edib.

"Vəzifə borcunu yerinə yetirərkən faciəvi şəkildə həyatını itirən Mətili Muğanın ailəsinə və həmkarlarına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrim ANAMA və minatəmizləmə sahələrində cəsarətlə çalışanlarladır”, - o qeyd edib.

Qeyd edək ki, bu gün işğaldan azad edilmiş Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verib.

ANAMA əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş həyatını itirib.


SON XƏBƏRLƏR