• Bakı 12° C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

"Azəriqaz"ın idarə rəisi işdən çıxarıldı -Araşdırma başlandı

CƏMİYYƏT

17 Fevral 2026 | 17:30

Azəriqazın idarə rəisi işdən çıxarıldı -Araşdırma başlandı

"Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qazi İstismar İdarəsinin rəisi Namik Məmmədov və həmin qurumun baş mühəndisi Elşən Rəhimov işdən çıxarılıb.

Bakıvaxtı.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov əmr imzalayıb. 

Baş direktorun digər əmri ilə idarə rəisinin səlahiyyətləri müvəqqəti olaraq Samir Qasımova tapşırılıb.

Əldə olunan məlumata görə, hüquq-mühafizə orqanları Namik Məmmədov və İdarənin digər bir neçə vəzifəli şəxsləri ilə bağlı araşdırmalara başlayıb. 

Qeyd edək ki, Namik Məmmədov bu vəzifəyə qədər Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi vəzifəsini icra edib. O, ötən ilin iyun ayında Ağsu Regional Qazi İstismar İdarəsinin rəisi təyin olunmuşdu.


SON XƏBƏRLƏR

05 Aprel 2026