• Bakı 11° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

Sevda Həsənova evə buraxıldı

CƏMİYYƏT

17 Fevral 2026 | 15:41

Sevda Həsənova evə buraxıldı

ANS telekanalından “Böyük Seva” kimi tanınan jurnalist Sevda Həsənova müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq, Respublika Neyrocərrahiyyə Xəstəxanasından bildirilib.

“1970-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən o, fevralın 17-də ambulator müalicə üçün evə buraxılıb. 55 yaşlı şəxs fevralın 2-də 12:10 radələrində RNX-yə hospitalizasiya olunub. Zəruri instrumental-diaqnostik müayinələrdən sonra fevralın 6-da pasiyent üzərində sağtərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı icra olunub və müalicəsi Baş-beyin neyrocərrahiyyəsi şöbəsində davam etdirilib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, 55 yaşlı Sevda Həsənova 1994-cü ildən 2006-cı ilə qədər ANS-də çalışıb. Daha sonra faəliyyətini istipress.com saytında davam etdirib.


SON XƏBƏRLƏR