• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Bu ərazilərdə su kəsiləcək - Xəbərdarlıq

CƏMİYYƏT

17 Fevral 2026 | 22:39 | Müəllif: Zeynəb Rzayeva

Bu ərazilərdə su kəsiləcək - Xəbərdarlıq

Bəzi ərazilərdə su olmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanında üzərində fərdi yaşayış evi inşa olunduğuna görə diametri 500 mm olan magistral su xəttində baş vermiş qəzanın qarşısını almaq və yeni xəttin çəkilməsini təmin etmək məqsədilə görülən işlər çərçivəsində 20 fevral tarixinədək UPD - NZS qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.

Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR