Keçmiş diaspor lideri Şahin Şıxlinski və digər azərbaycanlıların cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, hakim Yuri Radçuk müşavirəyə gedib.
Sverdlovsk vilayəti məhkəmələrinin mətbuat xidmətinin məlumatına görə, hökm martın 5-də veriləcək.
Qeyd edilib ki, fevralın 17-də dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Onlar Şıxlinski üçün 23 il həbs cəzası istəyiblər.
***
14:16
Prokuror Rusiyanın Ural bölgəsində Azərbaycan diasporunun lideri Şahin Şıxlinskiyə 23 il müddətinə həbs cəzası istəyib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Sverdlovsk vilayət məhkəməsində Şıxlinski və Səfərov qardaşlarının cinayət işi üzrə məhkəmə istintaqının başa çatdığı, dövlət ittihamçısının çıxış etdiyi bildirilib.
Prokuror Şahin Şıxlinskinin 23 il, Akif Səfərovun 23 il, Ayaz Səfərov 22 il, Kamal Səfərovun 18 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib.
Bakir və Məzahir Səfərovlara 13 il, Şücaəddin Rəcəbova isə 15 il həbs cəzası tələb olunub.
Bakı 




