Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyası (CHP) sədri Özgür Özelin açıqlamalarına sərt reaksiya verib.
Bakıvaxtı.az-ın xəbərinə görə, o bildirib ki, CHP lideri millətə və qadınlara fayda vermək istəyirsə, partiyadakı korrupsiya, rüşvət və mənimsəmə iddialarına diqqət yetirməlidir.
Ərdoğan CHP-ni “korrupsiya və qalmaqalların bürüdüyü bir struktur” kimi xarakterizə edib və partiya daxilində təmizlənmə aparılmasını təklif edib.
Prezident həmçinin CHP rəhbərliyini tənqid edərək əsas müxalifət partiyasının hazırkı vəziyyətindən məyusluğunu ifadə edib.
Əli Hüseynov
Bakı 



