• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Simonyanla Qafarova İstanbulda görüşə bilər

SİYASƏT

14 Aprel 2026 | 12:06

Simonyanla Qafarova İstanbulda görüşə bilər

Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır.

Bakıvaxtı.az-ın "Armenpress"ə istinadən xəbərinə görə, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.

    Alen Simonyan rəhbərlik etdiyi nümayəndə heyətinin 16-19 aprel tarixlərində keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak etmək üçün İstanbula gedəcəyini xatırladıb.

    Simonyan qeyd edib ki, konfrans çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşləri planlaşdırılır: “Bir çox ölkənin parlament rəhbərləri orada olacaq. Hazırda Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri ilə görüşlər planlaşdırılır”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    07 Noyabr 2026