q
  • Bakı 22° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Sahibə Qafarova Özbəkistandadır

SİYASƏT

14 May 2026 | 09:48

Sahibə Qafarova Özbəkistandadır

Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyəti Özbəkistan Respublikasına səfər edib.

Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

      Məlumata görə, səfərdə məqsəd İkinci Asiya Qadınlar Forumunda iştirak etməkdir.

      Buxara şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Özbəkistan Ali Məclisi Senatının üzvü Gülnara Marufova, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

      Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın İkinci Asiya Qadınlar Forumunun rəsmi açılış mərasimində çıxışı, həmçinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.


      SON XƏBƏRLƏR

      13 May 2026