• Bakı 13° C

    0.53 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Uşaqlar üçün transplantasiya daha çətindir

CƏMİYYƏT

14 Aprel 2026 | 10:26

Uşaqlar üçün transplantasiya daha çətindir

“Uşaqlar üçün transplantasiya daha çətindir. Çətinliyin əsas səbəblərindən biri uşaqlarda orqanların və qan damarlarının daha kiçik ölçüdə olmasıdır ki, bu da cərrahi texnikanı daha mürəkkəb edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

Onun sözlərinə görə, uyğun ölçüdə donor orqan tapmaq uşaqlarda daha çətin ola bilər:

“Uşaqlarda beyin ölümü diaqnozu çox az hallarda qoyulur və təbii ki, o anda valideynlerdən razılıq almaq daha çətindir. Uşaqların immun sistemi də fərqli reaksiya verə bildiyi üçün transplantasiyadan sonra immunosupressiv müalicənin düzgün tənzimlənməsi xüsusi diqqət tələb edir. Eyni zamanda uşaqlarda əməliyyatdan sonrakı dövrdə böyümə və inkişaf faktorları da nəzərə alınmalıdır. Buna görə transplantasiya prosesi uşaqlarda daha mürəkkəb planlaşdırma və uzunmüddətli nəzarət tələb edir”.

Y.Abbasova bildirib ki, uşaqlarda əməliyyatdan sonrakı dövrdə böyümə və inkişaf amilləri, uzunmüddətli müalicənin təsirləri və psixoloji uyğunlaşma da nəzərə alınmalıdır:

“Transplantasiya olunmuş orqanın uşağın böyüməsi ilə uyğun şəkildə fəaliyyət göstərməsi və uzun müddət qorunması üçün davamlı tibbi nəzarət tələb olunur”.


SON XƏBƏRLƏR

13 Aprel 2026