• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - BAKIDA

CƏMİYYƏT

14 May 2026 | 09:47 | Müəllif: Subhan Mahmudov

Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - BAKIDA

Bakıda avtomobilində avtomat gəzdirən taksi sürücüsü cinayət məsuliyyətinə cəlb edilib.

Bakıvaxtı.az  xəbər verir ki, 1991-ci il təvəllüdlü V.Musayevin idarə etdiyi “Changan Qiyuan A05” markalı avtomobil Nizami rayonu Qara Qarayev prospektində polis əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobildə axtarış aparılarkən “Kalaşnikov” konstruksiyalı AK-74 modelli avtomat, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində açılmış işin materialları Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə bildirilib ki, V.Musayev əsasən Bakıya qonaq gələn ərəb turistləri avtomobili ilə gəzdirirmiş.

O, Məhkəmənin hökmü ilə 1 il həbs cəzasına məhkum edilib. İstintaq müddətində ev dustağı olan taksi sürücüsü məhkəmə zalındaca qandallanaraq təcridxanaya göndərilib./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026