Türkiyədə liseyə silahlı hücumun görüntüləri yayımlanıb.
Bakıvaxtı.az anbaan görüntüləri təqdim edir:
***
12:19
Türkiyədə liseyə edilən silahlı hücumda yaralananların sayı artıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində 16 nəfər yaralanıb.
Hücumu törədən məktəblinin özünü öldürdüyü bildirilir.
***
12:17
Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda liseyə silahla hücum edən şəxsin 17-18 yaşlarında bir şəxs olduğu bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media hadisə şahidlərinə istinadla məlumat yayıb.
Qeyd edilib ki, liseyə silahlı hücum zamanı yaralananların sayı 18-ə çatıb.
***
11:50
Türkiyədə məktəbə girən silahlı şəxs ətrafa atəş açıb.
Bakıvaxtı.az-ın NTV-yə istinadən xəbərinə görə, hadisə Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.
Belə ki, silahlı şəxs tüfənglə yeddi nəfəri yaralayıb.
Silahlı şəxsin bir neçə şagirdi girov götürdüyü deyilir.
Hadisədən sonra əraziyə çoxsaylı tibb işçiləri və xüsusi polis qüvvələri cəlb edilib.
Silahlı hücumu həyata keçirən şəxsin məktəbli olduğu bildirilir.
Liseydəki şagirdlərin böyük əksəriyyətinin təxliyə olduğu qeyd olunub.
Silahlı şəxsin zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.
Bakı 




