• Bakı 14° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Şərif Mark Karnini ölkəsinə dəvət edib

DÜNYA

14 Aprel 2026 | 09:03

Şərif Mark Karnini ölkəsinə dəvət edib

Kanadanın Baş naziri Mark Karni bu gün axşam pakistanlı həmkarı Şahbaz Şərifə zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şərif "X" sosial şəbəkə hesabında bildirib.

"Mən ABŞ və İran arasında atəşkəsə və danışıqlara kömək göstərilməsində Pakistanın səylərinə Kanadanın verdiyi dəstəyə görə ona (Karniyə - red.) təşəkkür etdim", - o qeyd edib.

Şərif Pakistanın regionda sülh və sabitliyin təşviqinə sadiqliyini yenidən təsdiqləyib. Tərəflər həmçinin ticarət və kənd təsərrüfatı, yaşıl enerji, dağ-mədən sənayesi və mineral ehtiyatlara investisiyalar sahəsində Pakistan-Kanada əməkdaşlığını möhkəmləndirmək barədə razılığa gəliblər.

"Mən həmçinin baş nazir Karnini hər iki tərəf üçün münasib vaxtda Pakistana rəsmi səfərə dəvət etdim", - Şərif yekunlaşdırıb.


SON XƏBƏRLƏR

13 Aprel 2026