• Bakı 12° C

    0.53 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

"Dünyanın cəngəllik qanunlarına qayıdışı qəbuledilməzdir"

DÜNYA

14 Aprel 2026 | 10:26

Dünyanın cəngəllik qanunlarına qayıdışı qəbuledilməzdir

“Çin Yaxın Şərq və Bəsrə körfəzi ölkələrində dayanıqlı təhlükəsizlik sisteminin formalaşdırılmasının tərəfdarıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Çin Sədri Si Cinpin Pekində Əbu-Dabinin (BƏƏ) vəliəhdi Xalid bin Məhəmməd əl-Nəhyanla görüşündə deyib.

“Yaxın Şərq və Körfəz ölkələri bir-biri ilə sıx bağlıdır, yaxın qonşulardır. Onlar arasında münasibətlərin yaxşılaşmasını dəstəkləmək, regionda ümumi, kompleks və dayanıqlı təhlükəsizlik sisteminin formalaşdırılmasına kömək etmək, dinc birgəyaşayış üçün əsasları möhkəmləndirmək lazımdır”, - o bildirib.

Çin Sədri region ölkələrinin dövlət suverenliyinin qorunması prinsipinə riayət edilməsinin vacibliyini vurğulayıb: “Region ölkələrinin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə hörmət edilməli, onların vətəndaşlarının, obyektlərinin və qurumlarının təhlükəsizliyi etibarlı şəkildə təmin olunmalıdır”.

Si Cinpin həmçinin dünyanın cəngəllik qanunlarına qayıdışının qəbuledilməz olduğunu qeyd edib, beynəlxalq hüquq prinsiplərinə hörmət göstərilməsinə və BMT-nin mərkəzi rol oynadığı beynəlxalq sistemin dəstəklənməsinə çağırıb.

Çin lideri dünyada inkişafla təhlükəsizlik arasında balansın qorunmasının vacibliyinə diqqət çəkib: “Bütün tərəflər region ölkələrinin inkişafı üçün əlverişli şərait yaratmalı və müsbət töhfə verməlidir. Çin modernləşmə imkanlarını bölüşməyə, regionun inkişafı və təhlükəsizliyi üçün əsasları gücləndirməyə hazırdır”.


SON XƏBƏRLƏR

13 Aprel 2026