• Bakı 12° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Ermənistana yük daşıyan qatar Biləcəridən yola düşdü - YENİLƏNİB

İQTİSADİYYAT

14 Aprel 2026 | 10:22

Ermənistana yük daşıyan qatar Biləcəridən yola düşdü - YENİLƏNİB

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, 1298 ton dizel yanacağı yüklənmiş 22 ədəd vaqondan və 240 ton gübrə yüklənmiş 4 vaqondan ibarət qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Xatırladaq ki, sonuncu dəfə aprelin 11-də Azərbaycandan Ermənistana 887 ton dizel daşıyan 15 ədəd çən vaqon yola salınıb.

İndiyədək Azərbaycandan Ermənistana 6312 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,9 min ton taxıl, 1100 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

***

08:14

Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, eyni zamanda, Rusiyadan Ermənistana 4 vaqon gübrə tranzitlə göndəriləcək.


SON XƏBƏRLƏR

13 Aprel 2026