• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Birmarket" yanğından sonra işini tam bərpa edib

İQTİSADİYYAT

13 May 2026 | 17:05 | Müəllif: Əli Hüseynov

"Birmarket" yanğından sonra işini tam bərpa edib

Ötən gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın hadisəsindən sonra "Birmarket" platformasının işi artıq tam şəkildə bərpa olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq şirkətdən bildirilib.

    Qeyd edilib ki, hazırda müştərilərimiz platforma üzərindən istədikləri məhsulu rahatlıqla sifariş edə bilərlər.

    "Cari sifarişlərin ünvanlara heç bir gecikmə olmadan çatdırılması üçünsə bütün imkanlarımızı səfərbər etmişik. Bizim üçün ən önəmli dəyər tərəfdaşlarımızın və müştərilərimizin bizə olan inamıdır. Hazırda dəyən ziyanın dəqiq qiymətləndirilməsi aparılır. Məhsullarını anbarımızda saxlayan bütün satıcılarımıza dəyən zərər sığorta mexanizmlərimiz çərçivəsində, tam şəkildə və operativ olaraq kompensasiya ediləcək. Heç bir partnyorumuz bu prosesdə tək qalmayacaq. Bununla yanaşı, hadisə səbəbindən sifarişi ləğv edilmək məcburiyyətində qalan müştərilərimizə tərəfimizdən xüsusi imtiyazlar təqdim ediləcək. Bu haqda həmin istifadəçilərə platforma daxilində fərdi bildirişlər göndəriləcək. Bu çətin anlarda bizə dəstək mesajları göndərərək həmrəylik nümayiş etdirən müştərilərimizə və tərəfdaşlarımıza təşəkkür edirik", - "Birmarket"in açıqlamasında bildirilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Sentyabr 2026