• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Gümüş BAHALAŞDI

İQTİSADİYYAT

13 May 2026 | 21:21 | Müəllif: Subhan Mahmudov

Gümüş BAHALAŞDI

"Comex" birjasında (Nyu-York Əmtəə Birjasının bir hissəsi) 2026-cı ilin iyul ayı üçün nəzərdə tutulan gümüş füçerslərinin dəyəri 10 mart 2026-cı ildən bu yana ilk dəfə olaraq bir troy unsiyası üçün 90 dollardan yuxarı qalxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə birjanın təqdim etdiyi rəsmi göstəricilərdən məlum olur.

Bakı vaxtı ilə saat 20:15-ə olan göstəricilərə görə, gümüşün qiyməti 5.18% bahalaşaraq bir troy unsiyası üçün 90.025 dollar təşkil edib. Saat 20:20-yə doğru artım tempi nisbətən yavaşlayıb və qiymətli metalın bir unsiyası 89.78 dollar (+4.89%) səviyyəsində ticarət olunub.

Bununla yanaşı, 2026-cı ilin iyun ayında "Comex"də tədarük ediləcək qızıl füçerslərinin dəyərində də artım qeydə alınıb. Belə ki, qızılın bir troy unsiyası 0.46% bahalaşaraq 4 708.4 dollara bərabər olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026